azturkxeber.az
http://azturkxeber.az

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

15-02-2025

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq


2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 9,2 min işsiz və işaxtaran şəxsin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, proqram iştirakçıları üçün ilk növbədə təlim kursları təşkil olunaraq, onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilir.

Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təmin edilməklə, onlar üçün kiçik təsərrüfatlar qurulur.

Ümumilikdə ötən dövrdə 95 mindən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728