azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşların müraciətlərini dinləyib

15-02-2025


Ədliyyə naziri Fərid Əhmədov fevralın 14-də Şirvan şəhərində vətəndaşları qəbul edib. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728