azturkxeber.az
http://azturkxeber.az

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib

14-02-2025

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib


Ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində hazırda meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, təkcə bu gün Ağcabədi, Tovuz, Şəki, Şabran, Sabirabad, Cəlilabad, Oğuz və Quba rayonlarının meşə fondu torpaqlarında aparılan meşəbərpa tədbirləri zamanı 25 min 770 ağac tingi əkilib.

“Həftənin ötən 5 günü ərzində isə Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən 81 hektar meşə fondu torpağında meşə əkini işləri aparılıb və 181 min 290 ədəd müxtəlif cinsli ağac tingi əkilib”, -deyə rəis əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728