Mərhum general-mayor Məhəmməd Abbasquliyevin məzarı ziyarət edilmişdir
14 fevral 2025-ci il tarixində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tərəfindən II Fəxri Xiyabanda DSX rəisinin sabiq müavini mərhum general-mayor Məhəmməd Abbasquliyevin 60 illik yubileyi münasibəti ilə əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarı üzərinə güllər düzülmüşdür.
AzTurkxeber.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
Mərhumun məzarını ziyarət edənlər həyatının çox hissəsini vətənimizin təhlükəsizliyinin təmin olunmasına, sərhədlərimizin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrların formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirmiş və xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən general-mayor M.Abbasquliyevin ailə üzvlərinə başsağlığı verilmişdir.