azturkxeber.az
http://azturkxeber.az

Deputat Əhliman Əmiraslanov Sabirabad seçiciləri ilə onlayn qəbul keçirib

13-02-2025

 

13 fevral 2025-ci il tarixdə 67 saylı Sabirababd Seçki Dairəsi üzrə Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov seçiciləri ilə onlayn görüş keçirib, onların müraciətlərini dinləyib. 

AzTurkxeber.az-a verilən məlumata görə, deputat seçicilərin fərdi qaydada müraciət və təkliflərini dinləyib, onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728