azturkxeber.az
http://azturkxeber.az

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

13-02-2025

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib


Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib fevralın 14-də Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə yağış yağacağı, dağlıq rayonlarda yolların buz bağlayacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, onları yağışlı havalarda sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qəfil manevr və kəskin tormazlama etməkdən çəkinməyə, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa çağırır.

“Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan, eləcə də texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin mümkün qədər təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur”, - deyə müraciətdə qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728