azturkxeber.az
http://azturkxeber.az

Gömrük nəzarətindən gizlədilən 24 000 siqaret aşkarlanıb

13-02-2025

Gömrük nəzarətindən gizlədilən 24 000 siqaret aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitələrinə gömrük baxışı həyata keçiriblər.

Yoxlama zamanı iki nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 24 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728