azturkxeber.az
http://azturkxeber.az

Mikayıl Cabbarov: Əmək müqavilələrinin sayı 33 faiz artıb

13-02-2025

Mikayıl Cabbarov: Əmək müqavilələrinin sayı 33 faiz artıb


2019-cu il yanvarın 1-i ilə bu il yanvarın 1-nə əmək müqavilələrinin sayı 33 faiz, qeyri-neft, özəl bölmə üzrə isə bu rəqəm 82,1 faiz artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda deyib.

Nazir bildirib ki, bu il yanvarın 1-nə əmək müqavilələrinin sayında ən çox artım olan ticarət - 29,6 faiz, xidmət - 22,7 faiz, sənaye -12,9 faiz sahələridir.

“Maliyyə, rabitə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında 2,3 faiz - 4,7 faiz aralığında aşağı səviyyədə artım müşahidə edilib. Əmək müqavilələrinin 52,3 faizi ticarət və xidmət sahələrinin payına düşür”, - deyə nazir vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728