azturkxeber.az
http://azturkxeber.az

SOCAR Xəzər regionunda ilk dəfə “Leucipa” monitorinq proqramının tətbiqinə başlayır

13-02-2025

SOCAR Xəzər regionunda ilk dəfə “Leucipa” monitorinq proqramının tətbiqinə başlayır


SOCAR neft və qaz sənayesində proseslərin optimallaşdırılması və istehsal səmərəliliyinin artırılması məqsədilə innovativ rəqəmsal həll olan “Leucipa” monitorinq proqramının tətbiqinə başlayır.

Şirkətdən bildirilib ki, Xəzər regionunda ilk dəfə həyata keçiriləcək bu layihə SOCAR-ın apstrim rəqəmsal transformasiya strategiyasının mühüm tərkib hissəsidir.

“Baker Hughes” şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində icra edilən bu təşəbbüs, ilkin mərhələdə təxminən 100 quyuda tətbiq olunacaq və həm “Baker Hughes”, həm də digər istehsalçılara məxsus nasosların monitorinqinə imkan yaradacaq. “Leucipa” proqramı vasitəsilə müxtəlif nasos sistemlərinin tam inteqrasiyası təmin ediləcək, bu da əməliyyat göstəricilərinin real vaxt rejimində izlənilməsinə və optimallaşdırılmasına şərait yaradacaq.

Bu innovativ həll SOCAR-ın əməliyyat mükəmməlliyini artırmaq, istehsal proseslərini daha səmərəli idarə etmək və aktivlərin maksimum səviyyədə işləməsini təmin etmək strategiyasına tam uyğundur. “Leucipa” proqramının əsas üstünlükləri arasında proqnozlaşdırıcı analitika, avadanlıqların istismar müddətinin uzadılması, istehsal dəyişkənliyinin optimallaşdırılması və resursların idarə edilməsində dəqiqliyin artırılması yer alır.

Bu addım SOCAR-ın Xəzər regionunda neft və qaz sektorunda rəqəmsal innovasiyalar üzrə lider mövqeyini möhkəmləndirəcək və sənayedə yeni standartların formalaşmasına töhfə verəcək. “Leucipa” proqramının “Azneft” İstehsalat Birliyində uğurlu tətbiqi regionun neft-qaz sənayesinin inkişafına, texnoloji sərmayələrin cəlb olunmasına və ümumilikdə sahənin gələcək tərəqqisinə mühüm təkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728