azturkxeber.az
http://azturkxeber.az

Abşeron rayonunda şəhidlərimiz yad edilib, ailə üzvləri ziyarət olunub

12-02-2025


Ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirən və şanlı Qələbə qazandığımız Vətən müharibəsində düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan igidlərimiz daim yad edilir, onların anım və doğum günlərində məzarları ziyarət olunur, o cümlədən övladları və ailə üzvlərinə tez-tez baş çəkilir.

Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və müharibə iştirakçıları Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Adil Hüseynzadənin anım mərasimində, şəhid Sahib Musayevin həyat yoldaşı Pərvin Musayevanın, şəhid Şamil Nəcəfovun və şəhid Ramid Hacıyevin oğlunun doğum günlərində iştirak edib, o cümlədən şəhid Mehman Şirvanovun ailəsi ziyarət olunub, şəhidlərimizin məzarları üzərlərinə çiçəklər düzərək xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Şəhidlərimizin yaşadıqları evlərə baş çəkilib, onların ailə üzvlərinin qayğıları ilə maraqlanılıb.

Eyni zamanda, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təyyarə qəzasında həlak olmuş, Milli Qəhrəman Hökümə Əliyevanın anım mərasimində iştirak edib və Məmmədli qəsəbəsində yaşayan ailəsinə ötən müddət ərzində mənəvi dəstək göstərilib.

Şəhid ailələri ilə görüşdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı Qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə düşmən öz məğlubiyyətini etiraf etməli olub və kapitulyasiya aktına imza atıb. Azərbaycanımızın ərazi bütövlüyü tam təmin olunduqdan sonra işğaldan azad olunan rayon və kəndlərimizdə sürətli bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayan icra başçısı qeyd edib ki, Qarabağa yenidən həyat qayıdıb.

Şəhid ailələri də öz növbələrində onlara daim diqqət və qayğının göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edərək, bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728