azturkxeber.az
http://azturkxeber.az

Ötən ay Dövlət Əmək Müfəttişliyi Xidməti 1400-dən çox vətəndaş müraciətini cavablandırıb

12-02-2025

Ötən ay Dövlət Əmək Müfəttişliyi Xidməti 1400-dən çox vətəndaş müraciətini cavablandırıb


Yanvar ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 1462 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Xidmətdən verilən məlumata görə, bununla yanaşı, həmin müddətdə 1 601 sorğu və məktuba baxılıb. Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 1418 nəfər olub.

Daxil olan müraciətlər daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, nəqliyyat, emal və digər sahələrə aid olub. Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması və sorğu xarakterli müraciətlərə izahatların verilməsi təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728