azturkxeber.az
http://azturkxeber.az

Prezident Hasan Şeyx Mahmud: “ASAN xidmət” dövlət xidmətləri sahəsində ən yüksək peşəkarlıq səviyyəsidir

12-02-2025

Prezident Hasan Şeyx Mahmud: “ASAN xidmət” dövlət xidmətləri sahəsində ən yüksək peşəkarlıq səviyyəsidir


“ASAN xidmət” əla təcrübədir və biz onun fəaliyyəti ilə bağlı çoxlu məlumat əldə edə bildik. Bu, dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yüksək peşəkarlıq və səmərəlilik səviyyəsidir. Burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanlar yaradılıb.

Bunu jurnalistlərə müsahibəsində Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud deyib.

“Biz somalili olaraq azərbaycanlı qardaşlarımızın və Azərbaycan hökumətinin atdığı addımları yaxından izləmək qərarına gəldik. Azərbaycan rəhbərliyi Somaliyə öz ictimai xidmətində yeniliklər yaratmaqda dəstək verəcəyini vəd etdi. Biz bunu mümkün qədər tez etmək niyyətindəyik. Somali bərpaolunan və sürətlə inkişaf edən bir ölkədir. Bizim bu cür xidmətlərə ehtiyacımız var və ona görə də düşünürəm ki, Azərbaycanın təcrübəsindən yararlanacağıq”, - deyə Hasan Şeyx Mahmud fikirlərinə yekun vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728