azturkxeber.az
http://azturkxeber.az

Zərdabda “Himayədar ailə” qayğı modeli barədə ictimai dinləmə keçirilib

12-02-2025

Zərdabda “Himayədar ailə” qayğı modeli barədə ictimai dinləmə keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusunda ictimai dinləmə keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindənverilən məlumata görə, tədbirdə dövlət və bələdiyyə orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialının əməkdaşları iştirakçılara həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat veriblər.

“Himayədar ailə” qayğı modeli, onun mahiyyəti, müəssisələrdə yaşayan uşaqların cəmiyyətə inteqrasiyasından danışılıb. Çıxışlarda “Himayədar ailə” institutunun hüquqi əsasları, müraciət formaları, himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi və digər vacib məqamlar barədə təqdimatlar edilib.

Sonra tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar və onları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728