azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda USAID nümayəndəliyinin bağlanmasını tələb edən petisiya açılıb

12-02-2025

Qazaxıstanda USAID nümayəndəliyinin bağlanmasını tələb edən petisiya açılıb


Qazaxıstanda “epetition.kz” platformasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu ölkədəki ofisinin bağlanmasını tələb edən petisiya dərc olunub.

Müraciətin müəllifləri USAID xətti ilə qrant alan qurumların fəaliyyətinin yoxlanılmasını, habelə LGBT təşkilatlarının və əxlaqsızlığın təbliği ilə məşğul olan strukturların fəaliyyətinə qanunvericiliklə qadağa qoyulmasını tələb edirlər.

Petisiya xarici fond və təşkilatların ölkədəki ictimai-siyasi proseslərə təsiri ilə bağlı son müzakirələr fonunda açılıb. Son vaxtlar Qazaxıstanda xaricdən maliyyə alan QHT-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı suallar meydana çıxır.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) ABŞ hökumətinin rəsmi beynəlxalq humanitar və inkişaf agentliyidir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp digər ölkələrin inkişafına yardım proqramlarını 90 gün müddətinə dayandıran sərəncam imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728