azturkxeber.az
http://azturkxeber.az

Polis kibercinayətkarlığa qarşı maarifləndirici tədbirlər keçirir

12-02-2025

Polis kibercinayətkarlığa qarşı maarifləndirici tədbirlər keçirir


Kiber üsullarla törədilən cinayətlərdən vətəndaşlarımızın zərər görməməsi üçün polis əməkdaşları tərəfindən Şəmkirdə profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, kibermaarifləndirmə işinin daha da gücləndirilməsi məqsədi ilə keçirilən tədbir zamanı sakinlərlə bu mövzuda maarifləndirici söhbətlər aparılıb. Onlara internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə məlumatlar verilib. İzah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamalıdırlar. Vətəndaşlara bu kimi xoşagəlməz hallarla üzləşdikləri təqdirdə diqqətli olmaları və polisə məlumat vermələri tövsiyə olunub.

Daha sonra bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də digər ictimai iaşə obyektlərində məlumatverici lövhələr quraşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728