azturkxeber.az
http://azturkxeber.az

5 ildə Kürdəmirdə ASANlaşan 608 000 müraciət!

12-02-2025

 
Kürdəmir “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  12 fevral 2020-ci il tarixində baş tutub.
 
Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, çay evi və kafelər, restoran və “ABAD Food Hall” yaradılıb.
 
​Kürdəmir  regional “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 000 çox vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
 
​Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

​Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzə 608 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Gündəlik orta müraciət sayı 600-ə yaxındır.

​Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 300 nəfər könüllü məzun adını qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728