Fərid Qayıbov Naftalan şəhər, Xocalı və Goranboy rayon sakinlərini qəbul edib
Fevralın 11-də gənclər və idman naziri Fərid Qayıbov Naftalan şəhər, Xocalı və Goranboy rayon sakinlərini qəbul edib.
AzTurkxeber.az xəbər verir ki, bu barədə İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib,
Qəbuldan öncə nazir Fərid Qayıbov Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə Goranboy şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Goranboy Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.