azturkxeber.az
http://azturkxeber.az

“Google” ABŞ istifadəçiləri üçün Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirib

11-02-2025

“Google” ABŞ istifadəçiləri üçün Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirib


“Google” şirkəti ABŞ Prezidenti Donald Trampın Meksika körfəzi kimi tanınan su hövzəsinin adının dəyişdirilməsilə bağlı verdiyi sərəncamdan sonra özünün “Maps” proqramında rəsmi olaraq Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib.

Şirkət Meksikanın şərq sahillərinin çox hissəsini və ABŞ-ın cənubunu əhatə edən su hövzəsi üçün Trampın ad dəyişikliyini rəsmi olaraq qəbul edən ABŞ Geoloji Tədqiqat Xidmətinin Coğrafi Adlar İnformasiya Sistemini izlədiyini bildirib.

ABŞ-dakı istifadəçilər indi buranın adını “Amerika körfəzi” kimi, Meksikadakılar isə “Meksika körfəzi” kimi görürlər. Ölkə xaricində olan istifadəçilər isə mötərizə içərisində Trampın üstünlük verdiyi adı da görəcəklər.

Qeyd edək ki, “Apple Maps” orijinal adı saxlamağa davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728