azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyi hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı yenidən müraciət yayıb

11-02-2025

Müdafiə Nazirliyi hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı yenidən müraciət yayıb


Müdafiə Nazirliyi gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə yenidən ictimaiyyətə müraciət edib.

Bu barədənazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”, - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728