azturkxeber.az
http://azturkxeber.az

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib

11-02-2025

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728