azturkxeber.az
http://azturkxeber.az

Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib

09-02-2025


Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilir.

Fevralın 9-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda növbəti müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanan 207 nəfər namizədin iştirakı ilə yazılı imtahan keçirilib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

Dörd saat davam edən imtahanda hakimliyə namizədlər həmin sualları cavablandırmaqla, müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmaq və onun izahını vermək bacarıqlarını nümayiş etdiriblər. Onlara qanunun konsepsiyasını ifadə edə bilmələri üçün zəruri şərait yaradılıb.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Qeyd edək ki, anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr yaxın vaxtda elan olunacaq.

Eyni zamanda, Hakimlərin Seçki Komitəsindən bildirilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Hakim olmaq arzusunda olan hüquqşünaslar müvafiq sənədlərini təqdim edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728