Texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub
Qeyri-pik saatda texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında texniki nasaz avtomobil yolda qalıb. Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hazırda avtomobilin yoldan götürülməsi və sıxlığın aradan qaldırılması işləri görülür.