Bu məqsədlə 480 milyon dollar vəsait xərclənəcək
Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə 480 milyon ABŞ dolları həcmində vəsait yönəldiləcək.
AzTurkxeber.az xəbər verir ki, bunu SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev Bakıda keçirilən “IADC Drilling Caspian 2025” qazma konfransında bildirib. O, COP29 çərçivəsində imzalanmış “ağıllı şəbəkə”nin inkişafı ilə bağlı sazişi xatırladaraq deyib ki, SOCAR-ın ən böyük aktivlərindən biri olan “Azəriqaz” qazpaylayıcı şirkəti qaz sızmalarını azaltmaq üçün süni intellektdən istifadə edəcək.