azturkxeber.az
http://azturkxeber.az

Hazırda ölkəmizdə 2503 vəkil fəaliyyət göstərir

08-02-2025

Hazırda ölkəmizdə 2503 vəkil fəaliyyət göstərir


Hazırda ölkəmizdə fəaliyyət göstərən 2503 vəkildən 2003 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2034-ü Bakıda, 469-u isə regionlarda fəaliyyət göstərir.

Bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, 2004-2018-ci illərdə 5 yazılı test imtahanı, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfədən çox artıb.

2024-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 15 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. Keçirilən ixtisas imtahanlarının yazılı test mərhələlərində, ümumilikdə, 911 namizəd iştirak edib və 377 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda, hesabat ili ərzində 148 nəfər şifahi müsahibədə iştirak edib. Bu namizədlərdən 58 nəfərin nəticələri elan olunub və 44 nəfər növbəti mərhələyə keçib, 107 nəfər isə vəkil andı içib. Yekunda vəkillərin sayı artaraq 2503-ə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728