azturkxeber.az
http://azturkxeber.az

İzmirdə Azərbaycan ilə Türkiyənin iş adamları birgə fəaliyyət imkanlarını müzakirə ediblər

07-02-2025


Türkiyənin İzmir şəhərində “Azərbaycan könüllüləri iş dünyası ilə görüşür” mövzusunda toplantı keçirilib.

İzmir Azərbaycan Dərnəyi (İZAZDER) tərəfindən, Türkiyə ilə Azərbaycan arasındakı ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirdə çox sayda iş adamı iştirak edib, yeni əməkdaşlıq imkanları dəyərləndirilib.

Toplantıda çıxış edən İZAZDER sədri Pərviz Altay və dərnəyin Türkiyə-Azərbaycan iş imkanlarının inkişafı komitəsinin sədri Tamer Öztürk İzmir şəhərində yaşayan Azərbaycanəsilli insanları eyni çətir altında birləşdirmək və iki ölkə arasındakı mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə qurduqları dərnəyə marağın artdığını bildiriblər. İZAZDER-in bu günə qədər çoxsaylı mədəni tədbirlər təşkil etdiyini vurğulayan Altay, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun layihələr həyata keçirdikləri üçün qürur duyduğunu qeyd edib.

Tamer Öztürk ölkələrimiz arasındakı güclü qardaşlıq münasibətlərinə vurğu edərək tədbirin bu münasibətlərin ticarət sahəsində daha da dərinləşməsinə xidmət etdiyini deyib.

Toplantıda çıxış edən İzmir Dokuz Eylül Universitetinin professoru Mehmet Vedat Pazarlıoğlu Türkiyə və Azərbaycan arasında ticarətin inkişafı üçün mühüm imkanlara diqqət çəkib. O qeyd edib ki, iki ölkə arasında ticarətin sürətləndirilməsi regional iqtisadi artım üçün böyük fürsətlər yaradır, qarşılıqlı ticarətin sürətlənməsi isə bu imkanları daha da artıracaq.

Sonra iştirakçılar arasında ikitərəfli görüşlər keçirilib.

Toplantının sonunda Pərviz Altay tədbirin olduqca məhsuldar keçdiyini və gələcəkdə bu cür tədbirlərin daha da artacağını deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728