azturkxeber.az
http://azturkxeber.az

Sosial Xidmətlər Agentliyinin mərkəzlərində valideynlər üçün qrup terapiyası təşkil edilib

07-02-2025

Sosial Xidmətlər Agentliyinin mərkəzlərində valideynlər üçün qrup terapiyası təşkil edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq filialları daxilində fəaliyyət göstərən mərkəzlərdə valideynlər üçün silsilə şəkildə “Ümidli Valideyn” adlı qrup terapiyası təşkil olunub. Terapiya zamanı müxtəlif psixoloji oyunlar və art terapiyanın fərqli texnikalarından istifadə edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, qrup terapiyasının keçirilməsində əsas məqsəd valideynlərin təcrübələrini paylaşmaq, çətinliklərlə mübarizədə yeni üsullar əldə etmək, özünüqiymətləndirmə və özgüvən duyğusunu yüksəltmək, kompleksləri aradan qaldırmaqdan ibarət olub.

Terapiya zamanı əsas diqqət psixi sağlamlığın əldə edilməsi ilə valideynlik bacarıqlarına müsbət təsir göstərilməsinə, özünüdərketmə və özünüifadə bacarıqlarının inkişafına nail olmağa yönəldilib.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən 5 Sosial Xidmət Mərkəzində 264 şəxsə müvafiq xidmətlər göstərilir. Bu il daha 5 Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayacaq. Onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728