azturkxeber.az
http://azturkxeber.az

Bakıxanov qəsəbəsində lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub

23-01-2025 Baxılıb: 22

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ev 49 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Rövşən Əli oğluna məxsus lavaş emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənverilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emal sahəsində temperatur rejiminə əməl olunmadığı, istifadə olunan suyun filtr vasitəsilə təmizlənmədiyi, xammal anbarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031