azturkxeber.az
http://azturkxeber.az

Nigeriyanın cənubunda Lassa qızdırması 13 nəfərin ölümünə səbəb olub

17-02-2025

Nigeriyanın cənubunda Lassa qızdırması 13 nəfərin ölümünə səbəb olub


Nigeriyanın cənubundakı Edo əyalətində azı 13 nəfər Lassa qızdırması səbəbindən ölüb.

Ştat hökuməti bu infeksiyaya ötən il dekabrın 30-dan etibarən 83 yoluxma hadisənin qeydə alındığını təsdiqləyib.

Bildirilib ki, yüksək ölüm nisbətinin əsas səbəbi insanların xəstəxanaya ağırlaşmış və gecikmiş halda müraciət etməsidir. Qeyd edilib ki, əgər qızdırma 72 saatdan çox davam edərsə, mütləq tibbi yardım müəssisələrinə yaxınlaşmaq lazımdır.

Xatırladaq ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 2024-cü ildə Nigeriyada Lassa qızdırmasından 214 nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728