azturkxeber.az
http://azturkxeber.az

Şolts: Avropa Ukraynanın demilitarizasiyası ilə bağlı razılaşmaya icazə verməyəcək

17-02-2025

Şolts: Avropa Ukraynanın demilitarizasiyası ilə bağlı razılaşmaya icazə verməyəcək


Avropa heç kimə Ukraynanın demilitarizasiyası ilə bağlı razılığa gəlməyə imkan verməyəcək.

Bu barədə seçki debatları zamanı Almaniya Kansleri Olaf Şolts Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara Avropa İttifaqının cəlb edilməsinin vacibliyinə diqqət çəkərək bildirib.

Şolts Ukrayna ilə bağlı ABŞ-Rusiya müqaviləsinin bağlanması ehtimalına qarşı çıxaraq deyib: "Biz avropalılar buna imkan verməyəcəyik". Eyni zamanda, Almaniya Kansleri bir daha bəyan edib ki, Ukraynaya güclü ordu lazımdır.

ABŞ-ın Avropanın münaqişənin həlli üçün danışıqlar masasında fiziki olaraq iştirak etməyəcəyi ilə bağlı bəyanatına reaksiya verən Şolts "bunu bizsiz etmək mümkün deyil. Əlbəttə, bizim deməyə sözümüz var", - deyə qeyd edib. Onun sözlərinə görə, Avropanın iştirakı olmadan heç bir təhlükəsizlik zəmanəti olmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728