azturkxeber.az
http://azturkxeber.az

CNN: Səudiyyə Ərəbistanı ABŞ-Rusiya danışıqlarında vasitəçi kimi çıxış edəcək

17-02-2025

CNN: Səudiyyə Ərəbistanı ABŞ-Rusiya danışıqlarında vasitəçi kimi çıxış edəcək


Səudiyyə Ərəbistanı təkcə Rusiya və ABŞ rəsmilərinə qarşıdakı danışıqlar üçün platforma təqdim etməyəcək, həm də vasitəçi kimi çıxış etmək niyyətindədir.

Bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, görüş fevralın 18-də baş tutacaq və Səudiyyə Ərəbistanı nümayəndə heyətinə krallığın milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək. ABŞ-ı Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edəcək. Adıaçıqlanmayan ukraynalı rəsmi bildirib ki, Kiyev danışıqlarda təmsil olunmayacaq.

Telekanal qeyd edir ki, Səudiyyə Ərəbistanı Tramp administrasiyasının xarici siyasətində mühüm rol verilir. 2017-ci ildə Tramp prezident kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

Bundan əvvəl Vitkoff Ukrayna münaqişəsinin həllində ciddi irəliləyişin əldə olunacağına ümid etdiyini bildirmişdi.

Qeyd edək ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında telefon danışığı olub. Onlar Ukraynada döyüşlərin dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər. Həmçinin təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728