HƏMAS Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verilməsinə razılıq verib
HƏMAS hərəkatı Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduqlarını bəyan edib.
Bu barədə “Sky News Arabia” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanal qeyd edir ki, HƏMAS Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb. Eyni zamanda, HƏMAS-ın irəli sürdüyü tələblərə görə, onların hər hansı dövlət qulluqçusu yeni administrasiyada yer almalı və pensiya ödənişləri ilə təmin edilməlidir.