azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin Gümüşhane əyalətində ermənilər tərəfindən qətlə yetirilmiş Hüsnü Səlcukun xatirəsi yad edilib

16-02-2025


Türkiyədə Gümüşhane əyalətinin işğaldan azad olunmasının 107-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları həmin dövrdə Anadoluda fəaliyyət göstərən erməni quldurları tərəfindən qətlə yetirilmiş xalq-azadlıq mübarizəsinin qəhrəmanlarından biri Hüseyn Hüsnü Səlcukun xatirəsini yad ediblər.

Əyalətin yüzlərlə sakini şəhidin dəfn edildiyi Həsənbəy məhəlləsinə toplaşaraq, qəhrəmanın ruhuna dualar oxuyublar.

Tədbirin proqramı Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün abidəsi önünə çiçəklər qoymaqla davam edib.

Qeyd edək ki, 1916-cı il iyulun 19-da Osmanlı ordusu regionu tərk edəndən sonra Gümüşhane əyaləti Rusiya ordusunun nəzarətinə keçib. Rusiyada baş vermiş “Oktyabr inqilabı”ndan sonra tərəflər arasında bağlanmış razılaşmalara əsasən, Rusiya ordusu əyaləti tərk edib. İkiillik işğal zamanı qanlı cinayətlər törətmiş erməni silahlı dəstələri də Rusiya ordusu ilə birgə əyalətdən qaçıb. 1918-ci il fevralın 15-də Kazım Karabekirin rəhbərliyi altında Osmanlı ordusu Gümüşhaneyə daxil olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728