azturkxeber.az
http://azturkxeber.az

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

16-02-2025

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb


Münxendə 24 yaşlı əfqan miqrantın avtomobili bir qrup mülki şəxsin üzərinə sürməsi nəticəsində xəsarət alan şəxslərdən iki nəfəri ölüb.

Hadisə zamanı ağır xəsarət alan bir qadın və onun ikiyaşlı qızı dünyasını dəyişib.

Münxen şəhərinin meri Diter Rayter ölən qadının şəhər administrasiyasının əməkdaşı olduğunu bildirib.

Almaniya Kansleri Olaf Şolts mərhumun ailəsinə başsağlığı verib. “Münxendəki hücumdan sonra həyatını itirən azyaşlı uşağın və qadının ölümü məni dərindən sarsıtdı və kədərləndirdi. Ailə üzvlərinin nələr hiss etdiyini təsəvvür etmək belə çətindir. Onlara dərin hüznlə başsağlığı verirəm”, - deyə Kansler bildirib. Olaf Şolts, həmçinin təqsirləndirilən şəxsin cəzasını çəkdikdən sonra deportasiya olunacağını qeyd edib.

Ölən ana və qızın ailəsinin yaydığı açıqlamada qadının Əlcəzairdə anadan olduğu və dörd yaşında olarkən Almaniyaya köçdükləri bildirilib. O, həyat yoldaşı və qızı ilə 2017-ci ildən Münxendə yaşayırdı.

Xatırladaq ki, fevralın 13-də Münxendə 24 yaşlı əfqan miqrantın avtomobili xidmət sahəsində çalışan işçilərin birləşmiş həmkarlar ittifaqı təşkilatının (Verdi) təşkil etdiyi yürüşün iştirakçılarının üzərinə sürməsi nəticəsində 40-dək insan xəsarət alıb. Hücumu törədən şəxsin əvvəllər narkotik maddə və oğurluq halları ilə əlaqədar polis tərəfindən saxlanıldığı müəyyən edilib. Almaniya Baş Prokurorluğu hadisənin əhəmiyyətini nəzərə alaraq istintaqı öz üzərinə götürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728