azturkxeber.az
http://azturkxeber.az

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

15-02-2025

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub


İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

İtaliya Nazirlər Şurasının məlumatına görə, söhbət zamanı iki lider münaqişəyə son qoymaq, eləcə də ədalətli və davamlı sülhə nail olmaq məqsədilə baş verən son hadisələri müzakirə ediblər.

Ciorcia Meloni gələcək danışıqlar baxımından İtaliyanın Ukraynaya və xalqına dəstəyini bir daha yeniləyib.

Liderlər, həmçinin avropalı tərəfdaşlar və ABŞ ilə sıx koordinasiyanın saxlanılmasının vacibliyi barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728