azturkxeber.az
http://azturkxeber.az

Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır

15-02-2025


Coğrafi mövqeyinə görə Macarıstanın regionun logistika mərkəzinə çevrilməsi yaxşı fikirdir.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto söyləyib. O, tezliklə Mişkoltsda (ölkənin şərqi) “Bosch” şirkəti tərəfindən ümumavropa logistika bazasının açılışının reallaşacağını elan edib.

54 milyard forint (1 avro = 405 forint) sərmayə çərçivəsində “Bosch” burada 10 hektar ərazisi olan anbar bazası yaradacaq: “Bu andan etibarən “Bosch” şirkətinin bu anbardakı məhsulları 26 ölkəyə göndəriləcək”, - deyə diplomat bildirib.

Siyarto həmçinin qeyd edib ki, Macarıstan Avropanın logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində daha bir addım atıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728