azturkxeber.az
http://azturkxeber.az

Albaniyada Azərbaycanda yenidənqurma və bərpa işləri barədə kitab işıq üzü görüb

15-02-2025

Albaniya Milli Akademiyasının xarici əlaqələr idarəsinin direktoru, tarix elmləri doktoru Dorian Koçinin müəllifliyi ilə “Azərbaycanda münaqişədən sonra yenidənqurma və bərpa işləri: siyasətçilər üçün araşdırma” adlı kitab nəşr olunub.

Kitabda münaqişənin tarixi, azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası, investisiyalar və infrastrukturun yenidən qurulması strategiyaları, dövlət xidmətlərinin bərpa olunması, məcburi köçkünlərin doğma torpaqlarında məskunlaşması prosesi və reinteqrasiya siyasəti, azad edilmiş torpaqlarda minalardan təmizlənmə sahəsində çağırışlar və nailiyyətlər, mədəni və dini irsin bərpası, Qarabağdakı erməni icmasının inteqrasiyası üçün çağırış və perspektivlər, bu torpaqlarda yenidənqurma üçün Albaniyanın dəstəyi və mümkün töhfəsi və digər mövzular əksini tapıb.

Kitabın rəsmi və ictimai dairələr arasında yayılması, ayrıca təqdimatın keçirilməsi, ali təhsil ocaqları, beyin mərkəzləri və kitabxanalarda yerləşdirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728