azturkxeber.az
http://azturkxeber.az

Hakan Fidan və Mark Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər

15-02-2025

Hakan Fidan və Mark Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər


ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

azturkxeber.az Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, görüşdə ABŞ-Türkiyə münasibətləri, regiondakı ortaq maraqlar, ikitərəfli ticarət müzakirə edilib. Məlumata əsasən Marko Rubio ABŞ, Türkiyə və region üçün təhlükə təşkil etməyən sabit və vahid Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə qlobal koalisiyadakı rolu, Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səylər və Rusiya-Ukraynaya müharibəsinin bitməsi üçün addımlar müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728