azturkxeber.az
http://azturkxeber.az

BMT: 825 mindən çox suriyalı məcburi köçkün öz evinə qayıdıb

14-02-2025

BMT: 825 mindən çox suriyalı məcburi köçkün öz evinə qayıdıb


Dekabrdan bəri 825 mindən çox suriyalı məcburi köçkün öz evinə qayıdıb.

Bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat verib. Bildirilib ki, hazırda ölkədə 2 milyonadək insan evsiz qalıb. Onların əksəriyyətinin Suriyanın şimal-qərbində zəif çadırlara sığındığı qeyd edilib.

Məlumatda bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı və onun humanitar tərəfdaşları havanın xüsusilə sərt olduğu Suriyanın şimalına qış yardımı göndərir. BMT tərəfdaşları daşqınlardan dağılmış yolların və kanalizasiya sistemlərinin təcili təmirini təmin ediblər.

Ofisdən bildiriblər ki, köçkün düşərgələrinin yaxınlığında doqquz bazar abadlaşdırılır. İdlib və Hələbin şimalında 260 mindən çox uşağa qızdırıcılar, qış paltarları və digər yardımlar verilib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bütün bunlara baxmayaraq, humanitar yardımların az olması ilə bağlı həyəcan təbili çalır. Beynəlxalq qurum mart ayına qədər 6,7 milyon suriyalıya yardım üçün lazım olan 1,2 milyard dolların cəmi 10 faizindən az bir hissəsini aldığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728