azturkxeber.az
http://azturkxeber.az

Etna vulkanında yenidən lava axını müşahidə olunub

14-02-2025

Etna vulkanında yenidən lava axını müşahidə olunub


İtaliyanın Siciliya adasındakı Etna vulkanı kül və lava püskürməyə başlayıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı məlumatda Etnanın cənub-şərqindəki “Yeni ağız” adlı kraterində partlayış baş verdiyi və vulkanın yamaclarında lava axınının müşahidə olunduğu bildirilib.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb. Kül dumanının hündürlüyü 2 kilometr yüksəkliyə çatıb. Adanın ətrafındakı hava məkanının müəyyən hissəsi uçuşlara bağlanıb.

Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728