azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda qədim türk artefaktı aşkar edilib

14-02-2025

Qazaxıstanda qədim türk artefaktı aşkar edilib


Qazaxıstanın Jambıl əyalətində toğızkumalak oyunu üçün istifadə edilən qədim artefakt aşkar edilib.

Azturkxeber.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, birbaşa daş üzərində oyulmuş kiçik çuxurlar və qazanlar 1400 il əvvəl oyun üçün istifadə olunub.

Artefakt Qızıltan kəndində dağ yamacında aşkar edilib.

Yerli alimlərin hesablamalarına görə, tapıntı eramızın VI-VII əsrlərinə, erkən Qərbi Türk xaqanlığı dövrünə aiddir. Bu tarix bölgədə daha əvvəl tapılmış eyni dövrə aid olan kurqanlarla təsdiq olunur.

Toğızkumalak sadəcə bir oyun deyil, həm də türk xalqlarının mədəni irsinin mühüm bir hissəsidir. Bu intellektual oyun məntiqi düşüncə və strateji planlaşdırma bacarıqlarını inkişaf etdirməyə kömək edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728