azturkxeber.az
http://azturkxeber.az

Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA

14-02-2025

Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA


Araşdırmaya görə, tənhalıq qaraciyər xəstəliklərini sürətləndirir.

Azturkxeber.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda 400 mindən çox insan iştirak edib və onların sosial həyatı ilə qaraciyərindəki əlaqə təhlil edilib.

Əhalinin təxminən 30 faizinə təsir edən bu xroniki qaraciyər xəstəliyi piylənmə, diabet və yaşlanmanın artması səbəbilə ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirilir.

Tədqiqat nəticələri göstərib ki, tənhalıq qaraciyər xəstəliklərini 22 faiz, sosial təcrid isə 13 faiz artırır. Bu təsirlər piylənmə, diabet və həyat tərzi faktorları kimi ənənəvi risk amillərindən asılı olmayaraq müşahidə edilib. Eyni zamanda, tənhalıq və sosial təcrid arasında qarşılıqlı əlaqələr nəzərə alındıqdan sonra belə, hər iki faktorun müstəqil təsiri davam edib. Nəticələr göstərir ki, tənhalıq yalnız psixi sağlamlığa deyil, həm də metabolik xəstəliklərin inkişafına ciddi təsir göstərir.

Tədqiqatçılar bu nəticələri təsdiqləmək üçün müxtəlif populyasiyalar üzərində aparılacaq uzunmüddətli tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728