Daha bir ölkə "Rus Evi"ni bağlayır
Moldova hakimiyyəti Rusiya Elm və Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlanması barədə qərar qəbul edib.
AzTurkxeber.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 13-də Kişinyovda Rusiyanın hücum pilotsuz təyyarələrinin ölkənin hava məkanının pozulması ilə əlaqədar 1998-ci ildə bağlanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişi birtərəfli qaydada denonsasiya edilib.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, xitam proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi Moldovadakı fəaliyyətini dayandırmalıdır.