azturkxeber.az
http://azturkxeber.az

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

13-02-2025

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb


Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qırğız Respublikasının Qazaxıstandakı səfiri Dastan Duşekeyev ilə görüşüb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA)bildirilib ki, görüşdə elmi əməkdaşlığın gücləndirilməsi, birgə türkoloji layihələrin hazırlanması və türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliği xüsusi vurğulanıb.

Akademiyanın prezidenti Türk dünyası ölkələri, xüsusilə qırğız alimləri arasında elmi əlaqələrin genişləndirilməsinə yönəlmiş əsas təşəbbüslər barədə məlumat verib.

Səfir Dastan Duşekeyev isə Qırğızıstan ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib. O, xüsusilə elmi və akademik mübadilənin inkişaf etdirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728