azturkxeber.az
http://azturkxeber.az

KXDR Cənubi Koreya hava hərəkətinə nəzarət əlaqəsini kəsir

13-02-2025

KXDR Cənubi Koreya hava hərəkətinə nəzarət əlaqəsini kəsir


Koreya Xalq Demokratik Respublikası (KXDR) Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Cənubi Koreya ilə hava hərəkətinə nəzarət əlaqəsini kəsmək planı barədə məlumatlandırıb.

Bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumat yayıb. Bildirilir ki, KXDR hava hərəkətinə nəzarət əlaqəsini 2025-ci ildən kəsmək planı barədə hələ ötən il beynəlxalq təşkilata məktub göndərib. Rəsmi Seul isə hava hərəkətinə nəzarət əlaqəsinin davam etdirilməsinə ehtiyac olduğunu bəyan edib.

Qeyd edək ki, 1997-ci ildə əldə olunmuş razılaşmaya əsasən Şimali Koreya və Cənubi Koreyanı hava hərəkətinə mərkəzləri arasında birbaşa əlaqə yaradılıb. İki ölkə arasında birbaşa uçuşlar olmadığından kommunikasiya kanalından istifadə olunmasa da, hər gün səhər saat 7-də tərəflər əlaqənin yoxlayır. Şimali Koreya 2023-cü ilin aprelindən bəri koreyalararası rabitə kanalları və hərbi kanallar vasitəsilə Cənubi Koreyanın gündəlik zənglərinə cavab vermir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728