Belçikanın Şarlörua hava limanında bütün uçuşlar ləğv edilib
Belçikada Həmkarlar İttifaqları sosial xərclərin azaldılmasına və ölkənin yeni hökumətinin həyata keçirəcəyi qənaət siyasətinə qarşı ümumi tətil elan edib.
Fevralın 13-də olacaq ümumi tətilə görə Şarlörua (Charleroi) hava limanında sabaha olan bütün uçuşlar ləğv edilib. Hava limanının menecerləri tərəfindən verilən açıqlamada aeroportda çalışan çox sayda işçinin milli tətil hərəkatına qoşulacağı bildirilib. Ölkədəki həmkarlar ittifaqları federal hökumətin elan etdiyi yeni tədbirlərə etiraz etmək üçün ölkə daxilində nümayişlər planlaşdırırlar.
Brüssel hava limanı da dünən oxşar qərar qəbul edib.
Həmkarlar ittifaqları ölkənin yeni hökuməti tərəfindən həyata keçiriləcək sosial xərclərin azaldılmasını və qənaət siyasətini sərt şəkildə tənqid edirlər. Bu səbəbdən hər ayın 13-də ümumi tətillərin təşkili nəzərdə tutulur.