azturkxeber.az
http://azturkxeber.az

"Nokia"nın baş direktoru istefa verəcək

12-02-2025

 

Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı "Nokia Corp"un rəhbəri Pekka Lundmark yaxın vaxtlarda şirkətin prezidenti və baş direktoru vəzifəsini tərk edəcəyini açıqlayıb. 

Azturkxeber.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Əvəzində şirkətə bu il aprelin 1-dən "Intel" nümayəndəsi Castin Hothard rəhbərlik edəcək.

Xatırladaq ki, Lundmark 2020-ci ildən "Nokia"ya rəhbərlik edir. Bununla belə, o, indi karyerasının növbəti mərhələsinə keçməyə qərar verib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728