azturkxeber.az
http://azturkxeber.az

Yaponiya ABŞ-ın polad və alüminium tariflərindən azad olmaq istəyir

12-02-2025

Yaponiya ABŞ-ın polad və alüminium tariflərindən azad olmaq istəyir


Yaponiya hökuməti polad və alüminium məhsullarına ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik gömrük rüsumlarından azad edilməsini istəyib.

Bununla bağlı “Kyodo News” agentliyi məlumat yayıb. Nazirlər Kabinetinin Baş katibi hökumətin bu tələbi Yaponiyanın ABŞ-dakı səfirliyi vasitəsilə etdiyini söyləyib.

Ağ evin məlumatına görə, tariflər martın 12-dən qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ-ın bir sıra ticarət tərəfdaşlarına, o cümlədən Yaponiyaya Trampın sələfi Co Baydenin rəhbərliyi altında rüsumsuz kvotalar verilib. Lakin Tramp bazar ertəsi istisnaları aradan qaldıran bəyannamələr imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728