azturkxeber.az
http://azturkxeber.az

Bişkekdə Ürək Cərrahiyyəsi İnstitutunda yanğın olub, ölənlər var

12-02-2025

Bişkekdə Ürək Cərrahiyyəsi İnstitutunda yanğın olub, ölənlər var


Bişkekdə Ürək Cərrahiyyəsi İnstitutunda yanğın olub, reanimasiya şöbəsində olan iki xəstə həlak olub.

Azturkxeber.az Kabar agentliyinə istinadla xəbər verir ki, hadisəylə bağlı səhiyyə naziri açıqlama verib. Bildirib ki, yanğın zirzəmidən başlayıb və dərhal bina tüstü ilə dolub. Reanimasiya şöbəsində əməliyyatdan sonra süni tənəffüs aparatına qoşulan xəstələr olub. Onlar Kardiologiya Mərkəzinin qonşu binasına təxliyə edilsə də, ikisi həlak olub.

Nazir qeyd edib ki, yanğından xəsarət alan digər xəstələr üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, hadisə nəticəsində 216 xəstə və 44 tibb işçisi olmaqla 260 nəfər təxliyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728