azturkxeber.az
http://azturkxeber.az

Britaniya polad tarifləri ilə bağlı ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib

12-02-2025

Britaniya polad tarifləri ilə bağlı ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib


Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın qlobal polad tarifləri qərarından sonra Vaşinqtonla əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.

Britaniyanın ticarət naziri Duqlas Aleksandr bildirib ki, London hər iki tərəfin maraqlarına uyğun həll yolları tapmaq üçün dialoqa açıqdır.

Xatırladaq ki, Ağ Ev polad idxalına 25 faiz, alüminiuma isə əlavə rüsumlar tətbiq etməyi planlaşdırır. Britaniya hökuməti ABŞ ilə xüsusi münasibətlərin çox yaxşı olduğunu vurğulasa da, yerli polad sənayesinin bu tariflərdən ciddi təsirlənəcəyinə dair narahatlıqlar artır.

Eyni zamanda, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Trampın qərarını əsassız adlandıraraq, Aİ-nin bunu cavabsız buraxmayacağını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728