azturkxeber.az
http://azturkxeber.az

Fransisk: Miqrantların deportasiyası insan ləyaqətinə xələl gətirir

12-02-2025

Fransisk: Miqrantların deportasiyası insan ləyaqətinə xələl gətirir


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ABŞ Katolik Yepiskoplarının Konfransına məktub ünvanlayıb.

Pontifik Birləşmiş Ştatlarda qeyri-qanuni mühacirlərin və qaçqınların kütləvi deportasiyası proqramından narahatlığını ifadə edib.

Papa Fransisk nizamlı və qanuni miqrasiyanı tənzimləyən siyasəti təşviq etməyə, insanlara qarşı ayrı-seçkiliyə və pis davranışlara yol verməməyə çağırıb.

“Bir çox hallarda ifrat yoxsulluq, istismar, təqib və ya ətraf mühitin ciddi şəkildə pisləşməsi səbəbindən öz vətənlərini tərk etmiş insanların deportasiyası insanların, bütövlükdə ailələrin ləyaqətinə zərbə vurur və onları xüsusi həssas vəziyyətə salır. Qanunun aliliyi bütün insanların, xüsusən də ən kasıb və marjinal olanların layiq olduğu ləyaqətli rəftarda özünü göstərir”, - deyə Roma Papası qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728